• $
  • €
  • ₽
  • ₺
  • £

2027-ci ildə müdafiə qüvvələrinə 3,37 milyard manat ayrılacaq - komitə sədri

2027-ci ildə müdafiə qüvvələrinə 3,37 milyard manat ayrılacaq - komitə sədri
11.11.2026 12:14

Azərbaycanda 2027-ci ildə müdafiə qüvvələri üzrə xərclərin 2026-cı illə müqayisədə 11,2% artırılaraq 3 milyard 369,6 milyon manata çatdırılması nəzərdə tutulur. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. Ümumilikdə müdafiə və milli təhlükəsizlik sahəsinə 8 milyard 816,4 milyon manat vəsait ayrılması planlaşdırılır.

O bildirib ki, müdafiə və milli təhlükəsizlik xərcləri ölkənin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Arzu Nağıyevin sözlərinə görə, büdcə layihəsində müdafiə qüvvələri üzrə 3 milyard 369,6 milyon manat, milli təhlükəsizlik üzrə 479,2 milyon manat, sərhəd xidməti üzrə 554 milyon manata yaxın vəsait nəzərdə tutulub. Müdafiə və milli təhlükəsizlik sahəsinə aid digər fəaliyyətlər üzrə xərclərin 4 milyard 413,7 milyon manat olacağı proqnozlaşdırılır.

Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 4 milyard manat ayrılması planlaşdırılır.

Komitə sədri qeyd edib ki, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız ənənəvi hərbi güclə məhdudlaşmır. Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının və strateji kommunikasiya xətlərinin qorunması da milli təhlükəsizliyin mühüm tərkib hissələridir.

O, hərbi qulluqçuların sosial təminatı ilə bağlı xərclərə də diqqət çəkib. Belə ki, 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclər üçün 15 milyon manat, yaşayış yeri olmayan hərbi qulluqçulara kirayə kompensasiyası ödənilməsi üçün isə 14,7 milyon manat nəzərdə tutulub.

Arzu Nağıyev vurğulayıb ki, müdafiə büdcəsinin qiymətləndirilməsində yalnız ayrılan vəsaitin həcmi deyil, onun hansı istiqamətlərə yönəldilməsi və səmərəliliyi də əsas götürülməlidir.

2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi büdcə layihəsini dəstəkləyərək plenar iclasda müzakirəyə tövsiyə edib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol