• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb

Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
23.11.2026 14:06

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 2026-cı ilin ilk doqquz ayında 9 milyard dolları ötüb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 124 İtaliya şirkəti aktiv fəaliyyət göstərir.

Bayramov qeyd edib ki, Bakıda keçirilən biznes forumda 200-ə yaxın şirkət iştirak edir, onlardan 90-ı İtaliya şirkətidir. Bu ilin oktyabrında Azərbaycanın iqtisadi sahəyə məsul rəsmilərindən ibarət nümayəndə heyəti İtaliyaya səfər edib.

Nazir neft və qaz tədarükünün ikitərəfli enerji əməkdaşlığında mühüm yer tutduğunu bildirib. O, elektrik kabeli layihəsində İtaliya şirkətlərinin böyük rol oynadığını vurğulayıb və gələcək mərhələlərdə İtaliyanı da layihədən faydalanan ölkələr sırasında görmək istədiklərini deyib.

Bayramovun sözlərinə görə, qarşılıqlı investisiyalar da artır. SOCAR 2026-cı ildə çoxmilyardlı investisiya layihəsinə imza atıb, Azərbaycan Dövlət Neft Fondu isə əhəmiyyətli sərmayələr yatırıb.

Tərəflər nəqliyyat və logistika sahəsində əməkdaşlığı da müzakirə edib, İtaliya şirkətləri bu istiqamətdə fəaliyyətə təşviq olunub.

Bayramov bildirib ki, son illərdə hərbi-texniki əməkdaşlıq üzrə layihələr də nəzərdən keçirilir. İtaliya şirkətləri ADEX sərgisində iştirak edir, İtaliya həmçinin minatəmizləmə sahəsində Azərbaycana dəstək göstərib.

Nazirin sözlərinə görə, iki ölkə arasında 65 sənəd mövcuddur, daha 20 sənəd isə baxılmaqdadır. O, yüksək səviyyəli təmasların, parlamentlərarası əlaqələrin və beynəlxalq platformalarda əməkdaşlığın münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.

N.TəbrizliMüəllifN.TəbrizliBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol