“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib

"Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu Norveçdə “Vikinq”ə qarşı keçirib.
Stavanger şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 11-ci dəqiqədə Orfe Mbina açıb. 27-ci dəqiqədə Erik Botheym hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç norveçliləri hesabda önə keçirib.
Tripiç kobud oyuna görə təyin olunan penalti zərbəsini yerinə yetirib. Onun ilk vuruşunu qapıçı Stat Pokatilov dəf etsə də, futbolçu ikinci cəhdində fərqlənib.
Henrik Falşener 81-ci dəqiqədə başla dəqiq zərbə endirərək hesabı 3:1 edib. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoyub.
“Bayquşlar” qarşılaşmanı 10 nəfərlə başa vurublar. 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
“Sabah” növbəti oyununu noyabrın 25-də Bakı Olimpiya Stadionunda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcək.
***
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunu başlayıb.
Matç Stavanger şəhərində keçirilir.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Sander van der Eyk idarə edir.
***
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda qarşılaşacaq "Vikinq" (Norveç) və "Sabah" komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Vikinq": Aril Öystbyo, Henrik Heggeym, Canni Stensnes, Henrik Falşener, Kristoffer Hyouqen, Kristoffer Askildsen, Morten Moi, Simen Kvia-Eqeskoq, Henrik Byördal, Erik Botheym, Zlatko Tripiç (k).
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Abdulla Xaybulayev, Kristian Nvaçukvu, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Timoteuş Puxaç, Velko Simiç, Akim Zedadka, Orfe Mbina.
"Vikinq" - "Sabah" qarşılaşması bu gecə, Bakı vaxtı ilə saat 00:00-da Stavanger şəhərində start götürəcək.
























