• $
  • €
  • ₽
  • ₺
  • £

İş adamının ailəsində faciə - Ölənlərdən 2-si hamilə olub

İş adamının ailəsində faciə - Ölənlərdən 2-si hamilə olub
29.05.2020 08:32
Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan "Başaran Holdinq”ə məxsus özəl təyyarə İranda dağa çırpılaraq qəzaya uğrayıb. Təyyarədə olan 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin həlak olub.

AzVision.az "Sondakika.com"-a istinadən xəbər verir ki, təyyarə qəzasında ölənlər Türkiyənin tanınmış iş adamı, "Başaran” holdinqin qurucusu və rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran və rəfiqələridir. Artıq həlak olan şəxslərin adları müəyyən edilib. Onlar təyyarənin kapitanı Beril Gebeş, ikinci pilot Melike Kuvvet, sərnişinlər Zeynəb Coşqun, Ayşe And, Burcu Urfalı, Əsli İzmirli, Liana Hananel, Jasmin Baruh, Sinem Akay, Eda Uslu və Mina Başarandır. 

Məlumata görə, təyyarə qəzasında həlak olan xanımlardan üçü nişanlı, 2-i isə hamilə olub. Zeynəb Coşqun, Ayşe And və Sinem Akayın yayda toyu olacaqdı. Jasmin Baruh və məşhur bikini markası olan "Lily and Rose”un qurucusu Liana Hananelin 4 aylıq hamilə olduğu deyilib. Bundan əlavə təyyarənin "qara qutusu"nun tapıldığı açıqlanıb.

"Başaran” holdinqin qurucusu və rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran isə "Metgraf Mətbəçilik”in sahibi Murad Gəzər ilə nişanlı olub. 
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol