• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Azərbaycanla birgə müəssisələr yaratmaq istəyir

Rusiya Azərbaycanla birgə müəssisələr yaratmaq istəyir
23.09.2014 13:37

Rusiya meyvə və tərəvəz istehsalı bağlı yeni müəssisələrinin yaradılması istiqamətində Azərbaycanla birgə layihələr üzərində işləyir.

“APA-Economics”in məlumatına görə, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev yerli RBK telekanalına müsahibəsində deyib.

 

“Biz hazırda Türkiyə və Azərbaycanla meyvə və tərəvəz istehsalı bağlı yeni birgə müəssisələrin, o cümlədən logistik mərkəzlərin, anbarların və s. yaradılması üzərində işləyirik. Biz bu problemin həllinə çalışırıq. Biz ərzaq bazarında pozulan balansı aradan qaldırmalıyıq. O cümlədən, əlavə idxal üçün əvvəllər məhsul gətirmədiyimiz ölkələrə müraciət etməliyik”, - deyə nazir bildirib.

 

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin avqustun 6-da kənd təsərrüfatı məhsullarının, xammal və ərzağın bəzi növlərinin idxalının qadağan olunması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, ABŞ, Avropa İttifaqı, Avstraliya, Kanada və Norveçdən meyvə, tərəvəz, mal və donuz əti, balıq, süd məhsullarının idxalı bir il müddətində qadağan edilib.

 

Daha sonra Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov bəyan edib ki, Rusiyaya meyvə və tərəvəzin tədarükündə Azərbaycanla yanaşı, Özbəkistan, Tacikistan, müəyyən qədər Qırğızıstan perspektivli ölkə hesab edilir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol