Obama: “Suriyanın müdafiə sistemini məhv edəcəyik”

“Suriyanın müdafiə sistemini məhv etməyimiz İŞİD-I vurmağımızı asanlaşdıracaq”.
Axar.az “Tgrthaber.com.tr” saytına istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Barak Obama çıxış edib.
O, Suriyanın verəcəyi istənilən reaksiyanın qarşılığının olacağını bildirib:
“Əgər Əsəd hökuməti Suriya hava məkanına girən ABŞ təyyarələrini vurmaq əmri versə, biz də Suriya hava hücumundan müdafiə sistemini yox edəcəyik. Bu bizim üçün İŞİD-i vurmaqdan daha asan olacaq”.
Onu da xatırladaq ki, bir neçə gün öncə Bəşər Əsədin köməkçisi Bəsinə Şaban Suriya hava məkanına icazə almadan girəcək olan təyyarələri vuracaqlarını açıqlamışdı.
ANN.Az
Son xəbərlər 
Daha çox 























