• $
  • €
  • ₽
  • ₺
  • £

Medvedevdən dəhşətli ETİRAF

Medvedevdən dəhşətli ETİRAF
08.09.2014 18:00
"Rusiya iqtisadiyyatı son illər daxili və xarici amillərin neqativ təsirini hiss edir".Modern.az saytı xəbər verir ki, bu sözləri "Vedomosti" qəzetinə müsahibəsində Rusiyanın baş naziri Dmitri Medvedev deyib.O, Rusiyanın iqtisadi vəziyyətini şərh edərkən bildirib ki, ölkə 2008-ci ilin şokunu yaşayır. Hökumət başçısı kimi Dmitri Medvedev onda bu qənaətin yarandığını etiraf edib: "İqtisadiyyatın inkişafı, insanların yaşayışı üçün çətin şərait var. Dövlətin rəhbərlərindən biri kimi məndə belə hiss var ki, biz 2008-ci ildəki xarici şokların vəziyyətini yaşayırıq",-deyə Medvedev söyləyib.Rusiya iqtisadiyyatındakı yaranmış durğunluqlara baxmayaraq, hökumət başçısı bunun aradan qaldırılması üçün işlər getdiyini də vurğulayıb. Onun sözlərinə görə Rusiya hakimiyyəti ölkənin inkişafına yönəlmiş iqtisadi kursu davam etdirmək niyyətindədir. Qeyd edək ki, Rusiyanın Krımı özünə birləşdirməsindən sonra Qərb dairələri rəsmi Moskvaya sanksiyalar tətbiq edib. Lakin Rusiyanın Ukrayna məsələsindəki işğalçı mövqeyindən geri çəkilməməsi və Ukraynanın şərq əyalətlərində ruspərəst separatçılara verdiyi dəstək ABŞ başda olmaqla Qərb siyasi kuluarlarında yeni sanksiyalar paketini gündəmə gətirdi.

Rusiya bundan sonra növbəti sanksiyalarla üzləşdi. Sanksiyalardan sonra isə Rusiya iqtisadiyyatı, bazarları özünün tənəzzül dövrünü yaşayır.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol