• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən nazik korpuslu smartfonu təqdim ediləcək

Dünyanın ən nazik korpuslu smartfonu təqdim ediləcək
03.09.2014 22:00
"Gionee" şirkəti "Elife" istehsal xətti üzrə dünyanın ən nazik aparatı adına iddia edən smartfon hazırlayır. "S5.1" modelinin içliyi haqqında informasiya iki ay bundan əvvəl internetdə yerləşdirilib. Gözlənildiyi kimi, yeni cihazın korpusunun qalınlığı 5,1 millimetrdən çox olmayacaq. Cari ilin fevralında təqdim edilmiş "Elife S5.5" aparatında korpusun qalınlığı 5,5 mm idi. Müqayisə üçün, "iPhone 5S" smartfonunda bu göstərici 7,6 mm, "Samsung Galaxy S5"-də isə 8,1 mm təşkil edir. "ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Gionee" şirkətinin yeni smartfonunu qabaqcıl adlandırmaq olmaz. Qurğu 4,8 düymlük AMOLED HD displeyi (720p), dördnüvəli "Snapdragon 400" prosessoru, "Adreno 305" qrafikası, 1 QB əməli yaddaş və 8 MP-lik kamera ilə təchiz ediləcək. Smartfonun korpusunun konstruksiyasında şüşə və metal materialları tətbiq ediləcək. "Elife S5.1" aparatında daxili daşıyıcının həcmi 16 QB təşkil edəcək. MicroSD kartının köməyi ilə daxili yaddaşı genişləndirmək mümkün deyil. Həmçinin 2100 milliamper/saat tutumlu batareya, LTE şəbəkəyə qoşulmaq imkanı nəzərdə tutulub. Aparat "Android" platforması ilə işləyir. Qurğunun çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol