• $
  • €
  • ₽
  • ₺
  • £

Fəthullah Gülən adamlarını Azərbaycan üçün ölümə səslədi - VİDEO

Fəthullah Gülən adamlarını Azərbaycan üçün ölümə səslədi - VİDEO
29.08.2014 10:36

Türkiyədə bir neçə ay bundan əvvəl hökumətlə qarşı-qarşıya gələn "Hizmət" hərəkatının lideri Fəthullah Gülən bu həftəki söhbətində Azərbaycandan da bəhs edib.

ABŞ-ın Pensilvaniya ştatında yaşadığı bildirilən din xadimi Fəthullah Gülənin söhbətlərinin yayımlandığı saytda “Utanılası iş görməmisiniz: mətin dayanın və axirətə borclu gedən siz olmayın (alacaqlı gedin)!” adlı söhbəti yer alıb. Gülən söhbət çərçivəsində Ərdoğanın onları haşhaşilərə bənzətməsindən tutmuş, bir sıra məsələlərə toxunur. Ən maraqlısı isə o, söhbət daxilində 90-cı illərdə Azərbaycanda yaranmış vəziyyətləri də yada salıb və onların vasitəsilə ölkəmizəd məktəblərin açılmasından söz açıb. 

“Azərbaycanı ruslar işğal etdikləri vaxt bizim dostlarımız ilk dəfə oraya getmişdilər. Bizimkilər “İşğal edildik” deyə mənə zəng etdilər, dedim ki, “təhlükəli bir gündə, ölmək lazım olan bir gündə onları tərk edib gəlsəniz, gələcəkdə sizə inanmazlar. Onlar bizim qardaşlarımızdır, ölüm günündə onlarla bərabər olun”. Və ayrılmayıb orada oldular. O məktəblər orada bu şəkildə quruldu və bu sözün də bu işin də şahidi olan dostların da əksəriyyəti bu gün həyatdadır” – deyə Fəthullah Gülən söhbətində vurğulayıb. 

Qeyd edək ki, bu il iyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə bir neçə bağça, ölkənin müxtəlif bölgələrində 11 lisey, "Araz" hazırlıq kursları daxildir.

anspress.com

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol