• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyandan Ərdoğana MƏKTUB

Sarkisyandan Ərdoğana MƏKTUB
27.08.2014 09:04
Dəvət məktubunu yeni prezidentə Edvard Nalbandyan çatdıracaqErmənistan xarici işlər naziri Edvard Nalbandyan avustun 28-də Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün ilk dəfə Ankaraya gedəcək.ANS PRESS-in məlumatına görə, erməni nazir Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğana Ermənistanın dövlət prezidenti Serj Sarkisyanın İrəvana dəvət məktubunu çatdıracaq.Bu, 2015-ci il aprelin 25-də yüzilliyi qeyd olunan erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərə dəvətdir.İnauqurasiya mərasimi üçün Ankaraya getməyi planlaşdırılan erməni nazirin Əhməd Davudoğlu ilə görüşü gözlənilmir.Nalbandyan sonuncu dəfə Türkiyə-Ermənistan Dünya kuboku seçmə mərhələsini izləmək üçün Bursaya, sonra isə 2008-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq toplantısında iştirak etmək üçün İstanbula getmişdi.Qeyd edək ki, Ankara ötən əsrin əvvəlində Osmanlı Türkiyəsində baş verən hadisələrin araşdırılıb qiymət verilməsi üçün tarixçilərdən ibarət komissiya yaratmağı təklif edir və Türkiyə arxivlərinin bunun üçün açıq olduğunu bəyan edib. İki ölkə arasında diplomatik münasibətlər yoxdur, 1993-cü ildə Qarabağ müharibəsi dövründə Ankara “Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz olaraq” Ermənistanla sərhədini bağlayıb. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol