• $
  • €
  • ₽
  • ₺
  • £

Suriya müharibəsi yenidən dünya mediasının diqqətində

Suriya müharibəsi yenidən dünya mediasının diqqətində
23.08.2014 10:13
Müharibə və iğtişaş qurbanları arasında azı 8800 uşağın olduğu deyilirUkrayna hadisələri və Qəzzada gedən döyüşlər fonunda kölgədə qalmış Suriya müharibəsi yenidən dünya mediasının gündəminə gəlib.ANS PRESS-in məlumatına görə, BMT-nin İnsan Haqqları üzrə Ali Komissarlığını yaydığı məlumatda Suriya münaqişəsi başlanandan 190 minə yaxın insan həlak olduğunu bildirir. Müharibə və iğtişaş qurbanları arasında azı 8800 uşağın olduğu deyilir.Həqiqətdə isə real itkilərin daha çox olduğu güman edilir. Digər tərəfdən isə son 3 il yarım ərzində Suriya qaçqınlarının sayına görə dünyanın birinci ölkəsinə çevrilib. 9 milyondan çox Suriyalı Bəşər Əsəd Qüvvələri və üsyançılar arasında gedən döyüşlərlə əlaqədar evlərini tərk etməli olub. 2,5 milyon suriyalı qonşun dövlətlərə pənah aparıb, 6.5 milyon suriyalı məcburi köçkün düşüb.BMT beynəlxalq ictimaiyyəti Suriya münaqişəsi ilə bağlı ümumi mövqe ortaya qoymamaqda təqsirləndirir. BMT İnsan Haqqları ali komissarlığını sədri Rupert Kolvilin sözlərinə görə, dünya ictimaiyyətinin hərəkətsizliyi nəticəsində Suriyada qatillərin, cəlladların, barbarların sayı artıb, cəzasızlıq şəraitində hərbi cinayətlər törədilməyə davam edilir.Kimyəvi hücumlarla bağlı 2013-cü ildə iddialar ortaya çıxsa da, Qərbin gözlənilən hərbi müdaxiləsi baş verməyib. Belə ki, Suriya hökuməti kimyəvi silahlarını beynəlxalq ictimaiyyətin nəzarətinə verməyə razılaşıb. Kütləvi qırğın silahlarının məhv edilməsi üzrə əməliyyatlar bir müddət əvvəl başa çatıb. Habelə, Qərb Bəşər Əsədin bütün kimyəvi silahları təhvil verməməsindən şübhələnir. Suriya münaqişəsinin diplomatik yolla həlli səyləri də ard-arda iflasa uğrayır.Mayın 13-də Suriya münaqişəsi üzrə BMT-Ərəb Liqasının xüsusi vasitəçisi Laxdar Brahiminin istefası bu uğursuzluq silsiləsinin bir “sinoniminə” çevrilib.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol