• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD Amerikaya səsləndi: “İslamı qəbul edin”

İŞİD Amerikaya səsləndi: “İslamı qəbul edin”
20.08.2014 19:41

Xəbər verdiyimiz kimi, Missisuri şatatının Ferqyuson şəhərində kütləvi iğtişaşlar davam edir. İnsanlar artıq 9 gecədir ki, 18 yaşlı qaradərili Maykıl Braunun güllələnib öldürülməsinə ən kəskin formada etiraz edirlər. 

Şəhərdə komendant saatı tətbiq olunsa da, oraya hərbi hissələr yeridilsə də vəziyyəti əvvəlki axarına qaytarmaq mümkün olmur. Prezident Obamanın müraciəti də istənilən nəticəni verməyib. Belə bir dururmdan İraq və Şam İslam Dövləti (İŞİD) də faydalanmağa çalışır.

Bu barədə “Daily Mail” məlumat yayıb. Qəzet bildirir ki, İŞİD döyüşçüləri və tərəfdarları sosial şəbəkələrdən istifadə edərək Ferqyuson şəhərində etirazlara qatılanları islamı qəbul etməyə və ABŞ-a qarşı vurşmağa səsləyiblər. 

“Twitter“ə sarılan İraq və Suriyadan olan cihadçılar, o cümlədən onların Qərbdə olan tərəfdarları Ferqyuson şəhərindəki  etirazçıları müdafiə etdiklərini bildirirlər. Etraza qalxan qaradərili gənclərə dəstək verənlər onları daha da qızışdırmaq üşün Amerika tarixində baş vermiş bu kimi olayları əks etdirən materialları paylaşırlar. Maykıl Braunun öldürülməsinə etiraz edənlərlə radikal müsəlmanların həmrəy olduğu vurğulanır. 

Musavat.com

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol