• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğandan Obama və Putinə sürpriz dəvət

Ərdoğandan Obama və Putinə sürpriz dəvət
20.08.2014 10:19
ABŞ prezidenti və Rusiya dövlət başçısı Ərdoğanın andiçmə mərasiminə dəvət edildi Türkiyə prezidenti Ərdoğanın 28 avqustda reallaşdırılacaq and içmə mərasiminə, əvvəlkilərdən fərqli olaraq xarici dövlət başçıları da dəvət edildi. ANS PRESS-in məlumatına görə, qonaqlar arasında iştirak edən ABŞ prezidenti Obama və Rus lider Putinin mərasimə nümayəndələrini göndərmələri gözlənilir. Türkiyə KİV bildirir ki, Ərdoğanın xalq tərəfindən seçilmiş ilk prezidenti olması səbəbiylə TBBM-də baş tutacaq andiçmə mərasimi bir çox '' ilk''lərə səhnə olacaq. Daha əvvəl prezidentləri məclis tərəfindən seçildiyi üçün andiçmə mərasimi də Türkiyə məclisinin bir fəaliyyəti olaraq tamamlanırdı. Ərdoğanın and mərasimi üçün isə əvvəlkilərdən fərqli olacaq. Mərasimə xarici dövlət başçıları da qatılacaq. And içmə mərasimi üçün ABŞ prezidenti Barak Obama, Rusiya Dövlət Başçısı Vladimir Putin başda olmaq üzrə dünya liderlərinə dəvətnamə göndərilib. Obama və Putinin öz növbəsində nümayəndələrinin göndərməsi gözlənilir. And mərasiminə Türk respublikalarından və başda Qatar olmaq üzrə Körfəz ölkələrindən də dövlət başçısı səviyyəsində iştirak olacaq.

 ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol