• $
  • €
  • ₽
  • ₺
  • £

Yəhudi əsilli türkiyəli qadın MOSSAD-ı diz çökdürdü – 5 ölü!

Yəhudi əsilli türkiyəli qadın MOSSAD-ı diz çökdürdü – 5 ölü!
19.08.2014 17:33

Onun sayəsində Türkiyə 5 təcrübəli agenti ələ keçirərək, edam edib; İsrail dövləti şokdadır

Bir neçə gün əvvəl Türkiyə kəşfiyyatının, ölkə ərazisinə sızaraq prezident seçkiləri zamanı terror-təxribat törətməyi planlaşdıran qrupu zərərsizləşdirdiyi haqda xəbər yayıldı. Xəbərdə qeyd olunurdu ki, avqustun 10-da prezident seçkiləri günü Türkiyədə çaxnaşma yaratmaq üçün 5 MOSSAD agenti Suriya ərazisindən Türkiyəyə daxil olmağa çalışıb. Ancaq bu əməliyyat vaxtından əvvəl ifşa olunub və Türkiyə kəşfiyyatı MOSSAD agentlərini ələ keçirərək Suriya ərazisində aparıb və burda edam ediblər. 

Türkiyənin “Takvim” qəzeti 5 MOSSAD agentinin Türkiyədə ifşa olunaraq məhv edilməsinin şok təfərrüatlarını yazıb. Məqalədə qeyd olunur ki, beynəlxalq yəhudi baronlarının da dəstəyi ilə İsrail hökuməti Türkiyədə terror və təxribat həyata keçirmək üçün ölkəyə xüsusi hazırlıq görmüş 5 MOSSAD agenti göndərib. Ancaq bu əməliyyat baş tutmamışdan əvvəl proses və agentlər ifşa olunublar; Suriyadan Türkiyəyə 5 MOSSAD agentinin keçidini təmin etməli olan Suriya müxalifətinə aid 12 nəfərlik qrupa qarşı əməliyyat keçirilib; qrup üzvləri öldürülüb, 3 nəfər isə sağ ələ keçib. Avqustun 5-də isə 5 MOSSAD agenti Türkiyəyə keçmək istəyərkən, daha bir əməliyyat qrupu isə turist kimi yaxtada Türkiyəyə keçərkən ələ keçirilərək məhv edilib. 

Qəzetin yazdığına görə, bu hadisə İsraildə şok effekti yaradıb. Hökumətin təcili toplantısı keçirilib və MOSSAD  agentlərinin ələ keçməsi xəbərlərinin qəti şəkildə təkzib olunması haqda təlimat verilib. “Takvim” qəzeti isə Türkiyə kəşfiyyatındakı mənbələrə istinadən müdhiş əməliyyatın əsas qəhrəmanı olan, İsrail kəşfiyyatına sızaraq Türkiyə üçün agent kimi çalışan Jasmin S. adında qadın və əməliyyatın detalları haqda bilgilər əldə edib. 

Qəzetin yazdığına görə, İzmir şəhərində bir yəhudi əsilli Türkiyə vətəndaşı olan Jasmin S. adlı gənc qadın bir il əvvəl Mossad agenti kimi əməkdaşlığa cəlb olunub. Jasmin MOSSAD-ın Türkiyədəki çoxsaylı agentlərindən biri olub. Ancaq Jasmin eyni zamanda Türkiyə kəşfiyyatı ilə əməkdaşlıq edib. İkitərəfli agent olan Jasmin mənsub olduğu qrup üzərindən avqustun 10-da Türkiyədə əməliyyat keçirilməsi ilə bağlı əldə etdiyi xəbərləri Türkiyə tərəfinə ötürüb. Beləliklə, hazırlanan əməliyyat ifşa olunub və MOSSAD-ın xüsusi qrupu ələ keçirilərək edam edilib. O da bəlli olub ki, MOSSAD-ın haqqında söz gedən  qrupunda uzun illərin əməliyyat təcrübəsinə sahib olan təcrübəli agentlər olub. 

Jasmin S. isə əməliyyatdan 12 saat keçməmiş İsraildən qaçırılıb və saxta pasportla 3-cü ölkəyə göndərilib. Bu hadisə İsrail dövləti içərisində öldürücü  şok yaradıb. İsrail hökuməti bu biabırçılığı aradan qaldırmaq üçün yeni əməliyyat hazırlanmasını və bu barədə məlumatları gizlətməyi tələb edib. Bunu da “Takvim” qəzeti yazaraq, iddia edir.

Musavat.com

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol