Rus jurnalistlər bu ölkəyə buraxılmayacaq

Ukrayna Mətbuat Şurası ölkənin Daxili İşlər Nazirliyinə müraciət edərək 36 Rusiyalı jurnalistsin bu ölkəyə buraxılmamasını istəyib. Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şuranın siyahısında olan jurnalistlər Ukrayna həqiqətlərini təhrif olunmuş formada dünyaya çatdırmaqdadı. Siyahıda adı olan jurnalistlər əsasən Ukraynada yayımına qadağa qoyulmuş telekanallardı. Mətbuat Şurasının yetkilisi Yuri Artamenkonun sözlərinə görə, Rusiya telekanalları son zamanlar ölkənin şərqinə gedərək orada separatçıların dağıtdığı evləri, öldürdüyü insanları göstərərək bunu Ukrayna qoşunlarının etdiyini deyib.ANN.Az
Son xəbərlər 
Daha çox 























