• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Rusiya təbii qazının öz ərazisindən tranzitini dayandıra bilər

Ukrayna Rusiya təbii qazının öz ərazisindən tranzitini dayandıra bilər
08.08.2014 20:31

Baş nazir Yasenyuk Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaları açıqlayıb

Ukrayna Nazirlər Kabineti Rusiyanın Krımın işğalını dəstəkləyən və Ukraynanın şərqində terrorçuları maliyyələşdirən fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar paketi hazırlayıb. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, A. Yasenyuk bildirib ki, hökumət Rusiya Federasiyasının və bəzi digər ölkələrin 172 vətəndaşına qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edir. Həmin şəxslərin siyahısı müvafiq qərarın qəbul edilməsi üçün Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim olunacaq. 

 

A. Yasenyuk fiziki və hüquqi şəxslərə qarşı 26 növ sanksiyanın tətbiqi ilə bağlı Ali Radaya qanun layihəsi təqdim edəcəklərini də açıqlayıb. Bu sanksiyalara Ukrayna ərazisində fəaliyyətə, ölkənin internet məkanında yayımlara, özəlləşdirmələrdə iştiraka, lisenziyalardan istifadəyə, Ukrayna ərazisindən tranzitə qadağa qoyulması, eləcə də aktivlərin dondurulması daxildir: “Mən qanun çərçivəsində tətbiq oluna biləcək bütün vasitələrdən danışdım Buna hər cür tranzitin – həm aviauçuşlar, həm də təbii ehtiyatların tranzitinin dayandırılması daxildir”.

 

Baş nazir etiraf edib ki, Ukrayna Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar, eləcə də bu ölkənin aqressiv addımları nəticəsində bir ildə 7 milyard dollar itirə bilər.

 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol