• $
  • €
  • ₽
  • ₺
  • £

Şoyqu, Jirinovski və Zyuqanov barəsində həbs qətimkan tədbiri seçildi

Şoyqu, Jirinovski və Zyuqanov barəsində həbs qətimkan tədbiri seçildi
06.08.2014 09:35
Kiyevin Peçora rayon məhkəməsi Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov, Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski və “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov barəsində həbs qərarı çıxarıb.APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, məhkəmə həmçinin sahibkar Konstantin Malofeyevin də həbsə alınmasına dair qərar çıxarıb.   Beləliklə, Kiyevin Peçora rayon məhkəməsi Ukrayna Baş Prokurorluğunun Şoyqu, Jirinovski,  Zyuqanov, Mironov və Malofeyevin həbsinə dair iddiasını təmin edib. Qeyd edək ki, avqustun 4-də, Ukrayna DİN Sergey Mironov, Vladimir Jirinovski və Gennadi Zyuqanov barəsində axtarış elan edib.  Sergey Şoyqu və Konstantin Malofeyev barəsində isə cinayət işi hələ iyulda başlanmışdı. Ukrayna DİN Baş İstintaq İdarəsi qeyd olunan Rusiya vətəndaşlarını Ukrayna ərazisində qanunsuz silahlı birləşmələrinin maliyyələşdirilməsində və yaradılmasında şübhəli bilir. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol