• $
  • €
  • ₽
  • ₺
  • £

"Ebola" virusunu necə durduracağımızı bilmirik" - ABŞ

"Ebola" virusunu necə durduracağımızı bilmirik" - ABŞ
04.08.2014 19:00
Qərbi Afrikada yayılan Ebola epidemiyası beynəlxalq ictimaiyyətdə həyəcan doğurub. ABŞ xəstəliklə mübarizə üçün Qərb Afrikaya 50 mütəxəssis göndərməyi qərara alıbQərbi Afrikada 729 adamın ölümünə səbəb olan Ebola epidemiyası ilə mübarizəyə dəstək vermək məqsədiylə ABŞ 50 tibbi mütəxəssisini bölgəyə göndərməyə hazırlaşır. ABŞ Xəstəliklərin Yoxlanması və Qarşısının Alınması Mərkəzinin direktoru Tomas Frieden "ABC" telekanalına müsahibəsində deyib ki, Afrika qitəsində yayılan Ebola epidemiyası indiyə qədər yayılan epidemiyalardan ən təsirlisidir və artıq nəzarətdən çıxmaq ərəfəsindədir.Amerikalı mütəxəssislərin 30 gün ərzində epidemiyadan təsirlənən ölkələrə gedəcəyinə vurğulayan Frieden belə bir etiraf edib: "Boynumuza alırıq ki, "Ebola"nı necə durduracağımızı bilmirik. Xəstəliklə mübarizə aparmaq üçün hələ köhnə üsulları tətbiq etmək məcburiyyətindəyik. Xəstəni müalicə edərkən digər tərəfdən də kimlərlə təmas qurduğunu tapmalıyıq. Eyni zamanda maarifləndirmə işləri də aparmalı, xəstəxanalarda dezinfeksiya işlərinə də nəzarət etməliyik". Epidemiyanın ABŞ və Avropada yayılmasından narahat olduğunu dilə gətirən mərkəz direktoru "Epidemiyanın yayılmasının qarşısını almaq üçün bu an edə biləcəyimiz ən əhəmiyyətli şey virusun Afrikadakı qaynağını yox etmək ola bilər" - söyləyib. Afrikada yayılan bu virusdan indiyədək 729 adamın öldüyü bildirilir. Virusun gətirib çıxardığı daxili hərarət əzələ ağrısı, qusma, ishal, daxili və xarici qanamalara səbəb olur. Xəstəliyin inkubasiya müddəti 2 gün ilə 3 həftə arasında dəyişir. Təmas yoluyla yayılan xəstəlik üçün hər hansı bir peyvənd, ya da müalicə üsulu tapılmayıb. ABŞ-ın beynəlxalq sağlamlıq institutları  sentyabr ayında "Ebola" ilə bağlı peyvəndləri test etməyə başlayacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol