• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada “5G” şəbəkəsi istifadəyə veriləcək

Avropada “5G” şəbəkəsi istifadəyə veriləcək
30.07.2014 22:36
 Böyük Britaniya istifadəçiləri altı ildən sonra mobil şəbəkələrdə filmləri bir neçə saniyəyə yükləyə biləcək. Londonda yüksəksürətli şəbəkənin qurulması ilə bağlı planları şəhər meri Boris Conson açıqlayıb."London Avropanın texnoloji mərkəzi kimi tanınır və məhz bu səbəbdən biz şəhər sakinlərini ən yaxşı rəqəmli bağlantıya çıxışla təmin etməliyik. Kommunikasiya imkanlarının yaxşılaşdırılması London infrastrukturunun inkişafı ilə bağlı planın əsas hissəsini təşkil edir", - mer qeyd edib.O vurğulayıb ki, 2020-ci ilədək Londonda beşinci nəsil şəbəkəsi (5G) qurulacaq. Hazırda isə Surrey Universitetinin (University of Surrey) alimləri ali təhsil ocağı nəzdində fəaliyyətə başlayan "5G Innovation Centre" laboratoriyasında yeni rabitə standartı – "5G" mobil rabitə standartı üzərində iş aparırlar. Tədqiqat qrupunun rəhbəri Rəhim Tazolli bildirib ki, Böyük Britaniya alimləri GSM (2G) standartının ərsəyə gəlməsi üçün çox şey etsələr də, "3G" və "4G" protokollarının yaradılmasında yetərincə fəallıq göstərməyiblər. Məhz buna görə "5G Innovation Centre" laboratoriyasının yaradılmasına qərar verilib və bu təşəbbüsə Böyük Britaniya hökuməti 11,6 milyon funt sterlinq (təxminən 18,6 milyon dollar), habelə layihədə iştirak edən özəl şirkətlər, o cümlədən "Huawei", "Samsung", "Telefonica", "Rohde & Schwarz", "Fujitsu" və s. şirkətlər 24 milyon funt sterlinq (təxminən 38,5 milyon dollar) məbləğində maliyyə dəstəyi göstərəcəklər. Layihə iştirakçıları birgə səylər nəticəsində Surrey Universitetinin alimlərinin üzərində artıq uzun illərdir çalışdıqları "5G" texnologiyasının mümkün variantlarını işləyib hazırlayaraq standartlaşdıracaqlar.Standartın ilkin versiyasının hər baza stansiyasını 10Gbit/saniyə sürətində qoşulma ilə təmin etməsi, hər müştəri qurğusuna 200 Mbit/saniyə enliyində kanal verməsi nəzərdə tutulur. Layihə iştirakçılarının maliyyə qoyuluşları və şəxsi imkanları hazırlanmaqda olan işlənməyə nəzəriyyədən kənara çıxmağa imkan verəcək.Mühəndislər standartın sonuncu versiyasını 2020-ci ilədək istifadəyə verəcəklərinə ümid edirlər. Bu şəbəkənin buraxılış qabiliyyəti "3G" ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq.    2014-cü ilin iyulun əvvəlində "Ericsson" telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil şəbəkəsini sınaqdan keçirərək məlumatların 5 Qbit/saniyə sürətində ötürülməsinə nail olub. Bu, "LTE-Advanced" şəbəkəsi ilə müqayisədə 16 dəfə daha sürətlidir.  İyunda Avropa Komissiyası və Cənubi Koreya Elm Nazirliyi "5G" üzərində birgə iş haqqında saziş imzalayıb. Bundan başqa, Avropa İttifaqı növbəti yeddi il ərzində yeni rabitə standartının inkişafına 700 milyon avro investisiya yatırmağa razılıq verib.//İctnews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol