• $
  • €
  • ₽
  • ₺
  • £

Kağız sürücülük vəsiqələri ləğv edilir

Kağız sürücülük vəsiqələri ləğv edilir
30.07.2014 17:09
Böyük Britaniya hökuməti 2015-ci ilin yanvarından etibarən kağız sürücülük vəsiqələrinin qüvvədən düşəcəyini və onların elektron vəsiqələrlə əvəz ediləcəyini bəyan edib.Belə ki, sentyabrın əvvəlində ölkədə sürücünün hansı nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmasını, nə qədər cərimə balı almasını, sürücülük vəsiqəsinin nə vaxt qüvvədən düşməsini öyrənməyə imkan verən “View Driving Record” internet servisi rəsmən istifadəyə veriləcək. Xidmətin beta-versiyası martdan “GOV.UK” saytında təqdim olunub.  Hökumət həmçinin təşkilatlara – avtomobil icarədarlarına, sığortaçılara, işəgötürənlərə və sürücülük təlimatçılarına sürücülər haqqında informasiya əldə etməyə imkan verəcək "Share My Driving Record” servisi üzərində çalışır. İnsanların kağız sürücülük vəsiqələrinin ləğvi ilə bağlı narahatlığına ehtiyac yoxdur.Belə ki, elektron sürücülük vəsiqələrinin alınması üçün şəxsiyyət vəsiqəsi və fotoşəklin təqdim olunması yetərlidir.  Sığorta sahəsinin nümayəndələri ümid edirlər ki, yeni sistem sığorta üçün müraciət edən insanların sürücülük tarixçəsinin yoxlanılması prosedurunu sadələşdirəcək və onun dəqiqliyini artıracaq. Bu, həm sığorta şirkətlərinə, həm də müştərilərə vəsaitə qənaət etməyə imkan verəcək.//İctnews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol