• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən böyük teleskopunun inşasına başlanacaq

Dünyanın ən böyük teleskopunun inşasına başlanacaq
30.07.2014 11:39
Yaponiya və ABŞ cari ilin payızında dünyanın ən böyük teleskopunun inşasına başlamağı planlaşdırır. Havay adalarında birgə layihənin ilk təməl qoyma mərasimi oktyabrda keçiriləcək.Tikinti dəniz səviyyəsindən 4 min metr hündürlükdə Havay adalarının Mauna-Kea vulkanının zirvəsində aparılacaq. Teleskopun iri güzgüləri 500 seqmentdən quraşdırılacaq, onların diametri isə 30 metri ötəcək. İşlərin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.Yaponiya tərəfi dünyanın ən iri teleskopunun inşasına xərclərin təxminən dörddə bir hissəsini öz üzərinə götürərək bu məqsədlər üçün 37,5 milyard yen (367 milyon dollar) sərf edəcək. “Biz tikinti işlərinin tezliklə başlayacağına çox sevinirik. Bu teleskop sayəsində biz Yer kürəsini tamam başqa şəkildə görə biləcəyik”, - Yaponiya Milli Rəsədxanasının mütəxəssisləri qeyd ediblər.  Mauna-Kea vulkanının zirvəsindəki rəsədxana şəhərlərdən uzaq məsafədə yerləşir. Bu, həm zahiri, həm də infraqırmızı spektrdə müşahidələrin aparılmasına imkan verir.//İctnews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol