• $
  • €
  • ₽
  • ₺
  • £

Putinlə mübahisədən çəkinməyən milyarder xanımı...

Putinlə mübahisədən çəkinməyən milyarder xanımı...
16.07.2021 20:59
Rusiya Dövlət Dumasının 49 yaşlı deputatı Svetlana Jurova "Sports İntervyu” adlı yutube-şounun qəhrəmanına çevrilib.

"Qafqazinfo” "Spletnik”ə istinadən xəbər verir ki, həm də fiqurlu konki sürmə üzrə Rusiya və sovet idmançısı olan Svetlana Jurova şou zamanı öz siyasi fəaliyyətindən və Rusiya Prezidenti Vladimir Putinlə necə işlədiyindən bəhs edib.

O, bəzən dövlət başçısının iştirakı ilə keçirilən iclaslarda iştirak etdiyini deyib və vurğulayıb ki, demək olar ki, heç vaxt heç kim Prezidentlə mübahisə etmir: "Lakin bədii gimnastika üzrə məşqçi, milyarder Alişer Usmanovun həyat yoldaşı, 72 yaşlı İrina Viner-Usmanova öz fikrini deməkdən heç vaxt çəkinmir. Hətta bu fikir Prezidentin fikri ilə zidd olsa belə”.

Fotoda: Svetlana Jurova

Onun sözlərinə görə, adətən görüşlərdə kiminsə Prezidentin fikri ilə razılaşmaması nadir hallarda olsa da, bu baş verir.
S. Jurova vurğulayıb ki, İrina Viner digərlərinin düşündüyünü demir və hər hansı bir məsələ barədə nə fkirləşirsə, onu da dilə gətirir.

Fotoda: Rusiya Prezidenti Vladimir Putin və gimnast  İrina Viner-Usmanova

O, bununla yanaşı əlavə edib ki, Prezidentlə mübahisə etmək qadağan deyil.

"Əgər bir şəxs işlə bağlı mübahisə edirsə, düşünmürəm ki, buna görə hər hansı bir cəza nəzərdə tutulub”, - deyə millət vəkili qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol