• $
  • €
  • ₽
  • ₺
  • £

“Səddamın sarayı” – bitən bir dövrün izləri… - Fotolar

“Səddamın sarayı” – bitən bir dövrün izləri… - Fotolar
10.11.2021 22:32
İraqda qədim Babil şəhərinin mərkəzində təpələrdən birinin üzərinə inşa edilən "Səddamın sarayı” geridə qalan dövrün izlərini bu günə qədər daşımaqda davam edir. 

"Qafqazinfo" xəbər verir ki, tarixi əsərlərin olduğu ərazidə 1990-cı illərdə Körfəz müharibəsindən sonra tətbiq edilən iqtisadi embarqo dövründə xüsusi arxitektura ilə tikilən saray son illər baxımsız qalsa da, bölgəni ziyarət edən turistlərin diqqətini çəkir. 


Paytaxt Bağdadın təxminən 100 kilometr cənubunda yerləşən "Səddamın Sarayı” yüksək təpədən Fərat çayına baxır. 
Sarayın ətrafında vaxtilə ailələrin istirahəti üçün qurulan bağ və yaşıllıq sahələr baxımsızlıqdan dağılıb. Səyyar satıcılardan başqa, adətən, burada həyat yoxdur. Bir vaxtlar xüsusi diqqət çəkən antik şəhərə sosial tədbirlər istisna olmaqla gələn yoxdur. 

4 min illik tarixə malik antic şəhərin mərkəzində yerləşən "Səddamın sarayı” 4 mərtəbədən ibarətdir. Sarayın tavanına İraqda çox rast gəlinən xurma ağacı naxışları işlənib. Sarayın divarları cızma-qara və yazılarla səliqəsiz hala salınıb, ehtişamlı çilçıraqların isə qırıntıları qalıb. 

Vətəndaşların saraya 2003-cü ilə qədər yaxınlaşmasına icazə verilməzdi. Tikintisi 4 il davam etmiş saraya devrilmiş lider Səddam Hüseynin özünün də cəmi bir dəfə gəldiyi iddia edilir. 

ABŞ silahlıları 2003-cü ildən 2011-ci ilə qədər buradan qərargah kimi istifadə edib və vətəndaşların saraya yaxınlaşmasına icazə verilməyib. Hazırda isə bu qadağa götürüldüyündən, hər kəs saraya asanlıqla daxil ola bilir və ölkənin 35 illik dövrünə səyahət etmək mümkündür. 
İraq hakimiyyəti sarayı "tarixi abidə” və "yerli televiziya yayım mərkəzi” etmək istəsə də, siyasi partiyalar arasında yaranan fikir ayrılıqları və kirayə münaqişələri səbəbindən sözügedən layihələr reallaşa bilməyib.
Qədim Babil şəhərində 2003-cü ildən sonra ilk dəfə iki həftə əvvəl "Beynəlxalq Babil Festivalı” keçirilib. İraqlıların böyük marağına səbəb olan beş gün davam edən festivala xaricdən ərəb müğənnilər və xalq rəqs qrupları da qatılıb.
 














www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Dünya 21:04
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Dünya 19:28
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol