• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Kiyevi raket atəşinə tutur - BİNA YANIR/FOTOLAR

Rusiya Kiyevi raket atəşinə tutur - BİNA YANIR/FOTOLAR
25.02.2022 07:26
Rusiya Slahlı Qüvvələri Ukrayna paytaxtını qanadlı və ballistik raketlərlə atəşə tutur. Səhər saatlarında bir neçə saniyəlik fasilə ilə iki partlayış səsi eşidilib. Bina xəsarət alıb, yanğın baş verib. Bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz Teleqram kanalında məlumat verib.
 
O, həmçinin  kanalında Kiyevdəki partlayış yerindən fotoları dərc edib. Bu fotolarda  yaşayış binasında yanğını görmək olur. 

Başqa bir şəkildə, Geraşenkonun sözlərinə görə, xilasedicinin əlində "düşmən təyyarəsinin bəzi detalları"nı görmək olur. 
 
 

Anton Qeraşenko  bu günün Ukrayna üçün xüsusi çətin olacağını bildirib. Onun sözlərinə görə, kəşviyyat xidməti Rusiyanın  cümə günü əsasən Kiyevi hədəfə alacağ barədə məlumat əldə edib. 
 
Kiyevdə yanan binadan fotolar
 




 
Ukrayna prezidenti Vladimir Zelenski özü və ailəsinin Rusiyanın əsas hədəfində olduğunu bildirib. Onun sözlərinə görə,  buna baxmayaraq o ailəsi ilə hazırda Kiyevin mərkəzindəki iqamətkahındadır.
 
Ukrayna kəşfiyyatında Rusiyaya məxsus bir neçə diversiya qrupunun Kiyevə daxil ola bilməsi barədə məlumat var . Amma onların hansı sabotaj xarakterli əməliyyatlar planlaşdırdığı barədə məlumat verilmir.
 
Britaniya müdafiə orqanlarının verdiyi məlumata görə, Rusiya hərbi sahədə bir gündə əldə etmək istədiyi uğurlara nail ola bilməyib. Rusiya hərbiçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirsələrə də Ukrayna Silahlı Qüvvələri Çerniqov istiqamətində uğurlar əldə edə bilib. 
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Dünya 21:04
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Dünya 19:28
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Ekspert: ABŞ-da yaşayış xərclərinin artması kütləvi etirazlara səbəb ola bilər
Dünya 16:23
Ekspert: ABŞ-da yaşayış xərclərinin artması kütləvi etirazlara səbəb ola bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol