• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Rəcəb Tayyib Ərdoğan SOCAR-a mükafat təqdim edib

Prezident Rəcəb Tayyib Ərdoğan SOCAR-a mükafat təqdim edib
18.06.2023 13:57
Haliç Konqress Mərkəzində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın da iştirakıyla TİM-in Ümumi Yığıncağı və İxracat Çempionlarının mükafatlandırılması mərasimi keçirilib.

Bu il ixracat rəqəmləri üzrə Türkiyənin ən qabaqcıl 1000 şirkəti arasından ilk 10 sıraya daxil olan şirkətlər təltif edilib.

SOCAR Türkiyənin qrup şirkətlərindən olan "SOCAR” Petrol Ticareti şirkəti də bu il ilk 10-luğa daxil olaraq müvafiq mükafatı qazanmaq şansı əldə edib.

"SOCAR” ilk 10-luq içərisində 3-cü yerə layiq görülüb. Hər il təşkil olunan bu tədbirlər planı, TİM missiyasının bir hissəsidir.

1993-cü ildə qurulan Türkiyə İxracatçılar Məclisinin (TİM) əsas missiyası, Türkiyənin xarici ticarət həcmini artırmaq, xarici ticarətin inkişafını təmin etmək, ticari tərəfdaş ölkələr ilə ikili ticarət, sosial və mədəni əlaqələri inkişaf etdirmək, dövlət ilə ixracatçılar arasında ünsiyyətin davamlılığını təmin etməkdir. Qurum, 27 sektor, 61 ixracatçı birliyi ilə 100 mindən çox ixracatçını təmsil edir.

"SOCAR”-ın Vitse-Prezidenti Süleyman Qasımov qeyd edib ki, SOCAR-ın törəmə müəssisəsi olan "Petkim”in Türkiyənin top ixracatçı müəssisəsi arasında yer alması qürurvericidir. Azərbaycanla yanaşı qardaş Türkiyənin ixracatına verdiyimiz töhfələrin xüsusi dəyərləndirilməsi, gələcək fəaliyyətimizdəki uğurları müəyyən edir.

Qeyd edək ki, Türkiyənin Nazirlər Kabinetinin qərarıyla qurulan TİM, 2009-cu ildən etibarən yeni qanunvericilik əsasında fəaliyyətini davam etdirir. Ötən il TİM "2021-ci il İxracat Çempionları” siyahısına "SOCAR Türkiyə” 8-ci yerə layiq görülüb.

Həmçinin "SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan "Petkim" TİM-in "İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb. Ötən ilki mükafatlandırma mərasimində SOCAR adına mükafatı Türkiyə Respublikasınınh Prezidenti cənab Rəcəb Tayyib Erdoğan Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova təqdim edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol