• $
  • €
  • ₽
  • ₺
  • £

Cənubi Koreya, ABŞ və Yaponiya aviadaşıyıcılarla HDQ təlimləri keçiriblər

Cənubi Koreya, ABŞ və Yaponiya aviadaşıyıcılarla HDQ təlimləri keçiriblər
26.11.2023 19:33

Koreya Respublikasının, ABŞ-nin hərbi dəniz qüvvələri və Yaponiyanın özünümüdafiə dəniz qüvvələri Koreya yarımadasından cənubdakı sularda amerikan aviadaşıyıcı "Carl Vinson”un iştirakı ilə üçtərəfli təlim keçiriblər.

Bu barədə "Yonhap” agentliyi cənubi koreyalı hərbçilərə istinadən bildirib.

Manevrlər Çecudo adasından cənub-şərqdə gerçəkləşdirilib. Cənubi Koreya tərəfindən "Aegis” sistemi ilə təchiz edilmiş eskadra mina gəmiləri, Yaponiya tərəfindən "Murasame” tipli eskadra gəmiləri qatılıblar. Qeyd olunub ki, tərəflər başqa şeylərlə yanaşı, hava hücumundan müdafiə üzərində işləyiblər.

"Carl Vinson” aviadaşıyıcısının başçılıq etdiyi ilk aviadaşıyıcı qrup noyabrın 21-də Cənubi Koreyanın Busan şəhərinə çatıb. Şənbə günü Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ona amerikan gəmilərinin əks olunduğu peyk şəkillərinin göstərildiyi kosmik mərkəzi ziyarət edib. Noyabrın 21-də KXDR ilk kəşfiyyat peyki "Malligön-1”i buraxıb. Peykin buraxılışına cavab olaraq Koreya Respublikası hərbi gərginliyi azaltmaq haqqında Koreyalararası razılaşmanın icrasını qismən dayandırdığını elan edib, KXDR isə bütövlükdə razılaşmaya əməl etmək niyyətində olmadığını açıqlayıb.

Noyabrın 22-də Koreya Respublikasının milli müdafiə naziri Sin Von Sik amerikan aviadaşıyıcını ziyarət edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol