• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb

Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
17.11.2026 17:03

Deputat Əli Məsimli kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəətinin 10 faizinin vergiyə cəlb olunmasını nəzərdə tutan müddəanın 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə tətbiq edilməsinin qanun layihəsindən çıxarılmasını təklif edib.

O bildirib ki, aqrar sektorda vergi güzəştlərinin ləğvi fermerlərin üzərinə əlavə maliyyə yükü qoymaqla yanaşı, dövlət orqanlarının kənd təsərrüfatına müdaxiləsini və vergi nəzarətini də artıra bilər.

Deputatın sözlərinə görə, hazırda vergidən azad olunan fermerlər vergi orqanlarının birbaşa nəzarətində deyil. Yeni öhdəliyin tətbiqindən sonra isə kəndli təsərrüfatlarında kameral və səyyar vergi yoxlamalarının sayının artması ehtimalı var.

Əli Məsimli qeyd edib ki, fermerlər üçün sadələşdirilmiş və rəqəmsal uçot sistemləri yaradılmadan bu dəyişikliyin tətbiqi aqrar sektorun şəffaflaşmasına deyil, kiçik sahibkarların fəaliyyətini dayandırmasına, istehsalın zəifləməsinə və qiymətlərin artmasına səbəb ola bilər.

“Əgər fermerlər üçün işlək, sadələşdirilmiş və rəqəmsal uçot sistemləri qurulmayacaqsa, fermerlərin gəlirlərinin 10 faizli hissəsi üçün vergi ödəməyə başlaması aqrar sektorun şəffaflaşmasından daha çox kiçik sahibkarların bir qisminin sıradan çıxması və qiymətin artmasına, eyni zamanda kiçik sahibkarlar sahəsində istehsalın zəifləməsinə gətirib çıxaracaqdır”, – deputat bildirib.

O, kənd təsərrüfatında uçot sisteminin fermerlərə əlavə çətinlik yaratmaqla deyil, stimullaşdırma və dəstək mexanizmləri vasitəsilə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Deputatın fikrincə, aqrar sahəyə dəstək zamanı yalnız iri təsərrüfatlara üstünlük verilməməli, kiçik, orta və iri təsərrüfatların fəaliyyətinin səmərəli şəkildə uzlaşdırılmasına nail olunmalıdır.

Əli Məsimli fermerlərin qarşılaşdığı problemlərin öyrənilməsi üçün bölgələrdə sosial sorğuların keçirilməsini, mövcud maneələrin sistemləşdirilməsini və vergi sisteminin bu təhlillər əsasında optimallaşdırılmasını təklif edib.

“Bütün bunları nəzərə alaraq layihədən 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə kənd təsərrüfatı istehsalçılarının əldə etdiyi gəlir və mənfəətin 10 faizinin vergiyə cəlb edilməsi maddəsinin çıxarılmasını təklif edirik”, – o əlavə edib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
567 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 16:28
567 nömrəli marşrutun avtobusları yenilənir
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
Cəmiyyət 15:57
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 15:28
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
Cəmiyyət 14:34
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Cəmiyyət 13:55
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Cəmiyyət 12:48
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Cəmiyyət 12:07
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Cəmiyyət 11:52
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Bakıda 8 aylıq hamilə qadın ölüb
Cəmiyyət 11:44
Bakıda 8 aylıq hamilə qadın ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol