• $
  • €
  • ₽
  • ₺
  • £

Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək
10.03.2024 09:51
Portuqaliyada korrupsiya qalmaqalı fonunda Baş nazir Antoniu Koştanın istefa verməsi qərarından sonra erkən parlament seçkiləri keçiriləcək.
 
Vətəndaşlar Respublika Assambleyasına (birpalatalı parlament) 230 deputat seçməli olacaqlar.
 
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılacaq və saat 19:00-a qədər (Bakı vaxtı ilə 23:00) fəaliyyət göstərəcək. İlkin nəticələr gecə açıqlanacaq.
 
Səsvermə əvvəlcə 2026-cı ilə təyin edilmişdi. Bununla belə, 2023-cü ilin noyabrında Portuqaliya prezidenti Marselu Rebelu di Souza parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək niyyətində olduğunu açıqlayıb. Qərar 2015-ci ildə baş nazir olmuş sosialist Koştanın yerli prokurorların litium hasilatı və hidrogen istehsalı layihələrində mümkün pozuntularla bağlı araşdırması fonunda istefa verdiyini elan etməsindən sonra verilib.
 
Portuqaliya polisi Koştanın rəsmi iqamətgahı da daxil olmaqla onlarla axtarış aparıb. Sözügedən işlə bağlı baş nazir administrasiyasının rəhbəri vəzifəsində çalışmış Vitor Eşkariya saxlanılmışdı. Eyni zamanda, respublika prokurorluğu Koştanın özünə qarşı heç bir rəsmi ittiham irəli sürməyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol