• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Vaşinqtonda qətllərə görə ölüm cəzasını bərpa edib

Tramp Vaşinqtonda qətllərə görə ölüm cəzasını bərpa edib
26.09.2025 06:46

ABŞ prezidenti Donald Tramp Kolumbiya dairəsində törədilən qətllərə görə ölüm hökmünü tətbiq edən sərəncam imzalayıb. Bu barədə  Ağ ev məlumat verib.

Vaşinqtonda ölüm cəzası əvvəllər mövcud olub. Lakin 1981-ci ildə şəhər şurası tərəfindən tamamilə ləğv olunub.

Ağ evin açıqlamasında bildirilir ki, dairə rəhbərliyinin yumşaq siyasəti cinayətlərin artmasına səbəb olub.

2024-cü ildə Vaşinqtonda qətl səviyyəsi hər 100 min nəfərə 27,3 olub ki, bu da ABŞ-da ən yüksək göstəricilərdən biridir.

Tramp bildirib ki, qərar paytaxtın xüsusi statusu ilə bağlıdır.

Onun sözlərinə görə, Milli qvardiya qüvvələri yerləşdirildikdən sonra son dörd həftədə şəhərdə heç bir qətl qeydə alınmayıb.

“Vaşinqtonda adam öldürənlər ölüm hökmünə məhkum ediləcək”, –  o qeyd edib.

Baş prokuror Pəm Bondi isə bildirib ki, administrasiya ölüm hökmünün bütün ölkə üzrə tətbiq etməyi planlaşdırır. 

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol