• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp İrana sabah zərbə endirilməsi planlarından imtina edib

Tramp İrana sabah zərbə endirilməsi planlarından imtina edib
18.05.2026 23:30

ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin müraciətindən sonra mayın 19-na planlaşdırılan İrana qarşı hərbi zərbəni təxirə salıb.Bu barədə o, “Truth Social” hesabında paylaşım edib.

Trampın sözlərinə görə, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Vaşinqtondan hücum planını dayandırmağı xahiş ediblər. O bildirib ki, buna səbəb İranla bağlı davam edən danışıqlardır.

ABŞ lideri qeyd edib ki, tərəflər Vaşinqtonun, eləcə də Yaxın Şərq ölkələrinin qəbul edə biləcəyi razılaşmanın əldə olunacağına inanırlar.

Tramp əlavə edib ki, ABŞ Müdafiə Nazirliyinə planlaşdırılan hücumu dayandırmaq tapşırığı verib. Onun sözlərinə görə, mümkün razılaşma İranın nüvə silahı hazırlamaqdan imtina etməsini nəzərdə tutur.

Bununla yanaşı, Tramp bildirib ki, razılaşma əldə olunmasa, ABŞ qüvvələri İrana qarşı “tammiqyaslı” hücuma hazır saxlanılacaq.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol