• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib

Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
06.09.2026 21:00

Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında danışıqların birinci raundu başa çatıb.Bu barədə Ukraynanın “Ukrinform” agentliyi məlumat yayıb.

Bildirilib ki,danışıqların ikinci raundunun keçirilməsi planlaşdırılır.

Növbəti raundda Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirlərinin də iştirakı gözlənilir.

***

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kiyevdə görüşü başlayıb.

***

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Ukraynanın paytaxtı Kiyevə gəlib.Bu barədə “AzadlıqRadiosu”nun Ukrayna xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ nümayəndə heyətini Kiyev vağzalında Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Milli Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Prezident Ofisi rəhbərinin birinci müavini Serhiy Kıslıtsya qarşılayıblar.

Uitkoff və Kuşner daha sonra Ukraynanın yüksəkvəzifəli rəsmiləri ilə görüşüblər. Ardınca onların Ukrayna Prezidenti Volodimir Zelenski ilə Müqəddəs Sofiya kafedralının qarşısında görüşdüyü əks olunan görüntülər yayılıb.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol