• $
  • €
  • ₽
  • ₺
  • £

Bu subsidiyalar ən azı 4-5 dəfə artırılmalıdır

Bu subsidiyalar ən azı 4-5 dəfə artırılmalıdır
18.09.2026 12:31

Azərbaycanda heyvandarlıq üzrə nəzərdə tutulan subsidiya məbləği kiçik təsərrüfatların inkişafını stimullaşdırmaq üçün ən azı dörd-beş dəfə artırılmalıdır. Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, 100 hektar torpağı və 500 baş qoyunu olan təsərrüfat üçün mövcud dəstək məbləği ciddi stimul yaratmır.
“Bu, böyük sahibkar üçün stimul deyil. Həmin vəsaitlə o nə təsərrüfatını genişləndirmək, nə də yeni sərmayə qoymaq istəyəcək”, - Nurullayev parlamentdə deyib.

Deputat hesab edir ki, subsidiya siyasəti bir neçə baş heyvan saxlayan kənd sakinlərinin təsərrüfatlarını genişləndirməsinə yönəldilməlidir.
“Beş və ya 10 qoyunu olan kiçik sahibkar bir-iki il ərzində heyvanlarının sayını artıra bilər. Amma onun üçün də dörd manat böyük məbləğ deyil və bu vəsaitin ən azı dörd-beş dəfə artırılmasına ehtiyac var”, - Nurullayev bildirib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol