Paşinyan: Rusiya sərhədçiləri qarşıdakı illərdə Ermənistanı tərk edəcək

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti qarşıdakı illərdə Ermənistan ərazisində fəaliyyətini tamamilə dayandıracaq.
Bu barədə respublikanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.
"Bu müddət ərzində Ermənistanın sərhədlərində dayandıqlarına görə Rusiya sərhədçilərinə minnətdarıq. Amma hesab edirəm ki, qarşıdan gələn illərdə sərhədlərimizə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyimizin vaxtı gəlib çatıb", - Paşinyan bildirib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 13:09
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir























