• $
  • €
  • ₽
  • ₺
  • £

"WhatsApp" istifadəçilərinə xəbərdarlıq

"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
03.12.2014 12:33
ESET antivirus şirkəti smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan WhatsApp-ın meneceri ilə birlikdə dələduzluqla bağlı xəbərdarlıq edib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, cinayətkarlar WhatsApp vasitəsilə ünsiyyətə ödənişli SMS xidmətlərini qoşurlar.

ESET şirkətindən bildirilir ki, dələduzlar Facebook, Twitter kimi sosial şəbəkələrdə oxunmuş mesajlar indikatorunu söndürməyi təklif edirlər. Əslində isə bunu edərkən ödənişli SMS xidmətini qoşmuş olurlar. Son zamanlar WatsApp-da da belə aldadıcı təkliflər edilir. Belə ki, WhatsApp-da mesajların oxunmasını 2 göy rəngdə olan işarə bildirir. Lakin bir çox istifadəçilər bu funksiyanı bəyənmədilər. Çünki bəzi hallarda mesajlar oxunduğu halda onlara cavab verilmir. Dələduzlar da bundan istifadə edərək "oxunmuş mesajlar” funksiyasını söndürməyi təklif edirlər.

Bunun üçün WhatsApp istifadəçilərinə 1 keçid linki göstərilir. Verilən linkə daxil olanda isə mobil nömrəni yazmaq lazım gəlir. Mobil nömrəsini qeydiyyata salan istifadəçilər bununla yüksək ödənişli SMS xidmətə yazılmış olurlar. ESET mütəxəssisləri şübhəli xəbərdarlıqlara inanmamağı və yeni funksiyalar haqqında məlumatları dəfələrlə yoxlamağı məsləhət görürlər.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol