• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-çilər qızları zorlanmasın deyə, belə edirlər

İŞİD-çilər qızları zorlanmasın deyə, belə edirlər
16.12.2014 16:15
İŞİD zülmündən qaçmaq istəyən ailələr erkən evliliyi seçir

Suriyada ailələr qızlarını İŞİD-dan qorumaq üçün erkən evləndirirlər. ANS PRESS-in məlumatına görə, bunu BMT-nin baş katibinin müavini Valeri Amos deyib. Amos İŞİD təcavüzünə, gənc qızların qul kimi satılmasına diqqət çəkib. 

Onun sözlərinə görə, ailələr bu bəladan qızları qorumaq üçün erkən yaşlarında evlənməyə məcbur edir. "İŞİD qızları Rəqqadakı bazarda qul kimi satır, alınan qızlar isə terrorçuların təcavüzünə məruz qalır"

O, Təhlükəsizlik Şurasının iclasında Suriyada humanitar vəziyyətin get-gedə pisləşdiyini deyib və dərhal kömək lazım olduğunu deyib. 

BMT-nin hesablamalarına görə, fevral ayında 100 min olan ölü sayı indi 200 min civarındadır. "7,6 milyondan çox suriyalı ev-eşiyini itirib. 3 milyondan çox suriyalı qonşu ölkələrə sığınıb. Suriyada işlənən vəhşət, şiddəti ifadə etmək üçün söz yoxdur". 

Amos humanitar yardımların əməliyyat bölgəsində olanların ancaq 5 faizinə çatdığını deyib. Onun sözlərinə görə, savaşın belə qaydaları olmalıdır. "Tibbi yardıma mane olmaq və ac saxlamaq beynəlxalq hüququ tərəfindən qadağan edilib".

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol