Apple xidmətlərindəki genişmiqyaslı nasazlığı daxili yeniləmə ilə əlaqələndirib

"Apple" korporasiyası bir neçə platformada fasilələrə səbəb olan genişmiqyaslı nasazlığın daxili yeniləmə nəticəsində yarandığını açıqlayıb.
"Bu səhər daxili yeniləmənin bir sıra nasazlıqlara səbəb olmasından sonra sistemlərimizin bir çoxu artıq işini bərpa edib. Qalan sistemləri ən qısa zamanda yenidən işə salmaq üzərində çalışırıq", — deyə şirkətin bəyanatında bildirilir.
Fasilələr "App Store", "Apple Music", "AppleCare", "Apple Pay" və "iCloud"a giriş xidmətlərinə təsir edib; müxtəlif ölkələrdə istifadəçilər "Apple ID" hesablarına daxil ola bilmədiklərini, tətbiqləri yükləməkdə və cihazları aktivləşdirməkdə çətinlik çəkdiklərini bildiriblər. Bundan əlavə, nasazlıqlar əməkdaşların giriş sistemləri, təqvimlər və VPN daxil olmaqla daxili korporativ alətlərə də təsir göstərərək "Apple" mağazalarının və dəstək xidmətlərinin işini çətinləşdirib.
Latest news 
More news 























