• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb

“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
01.10.2024 10:00
"Nar” sağlamlıq imkanları məhdud şəxslərə dəstəyini davam etdirərək "Karlara Dəstək" İctimai Birliyi ilə birgə Beynəlxalq Jest Dili həftəsində 3 nömrəli xüsusi internat məktəbinin şagirdləri ilə görüş keçirib. Tədbirdə "Nar”ın dəstəyi ilə hazırlanmış, inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülmüş jestdili.az elektron jest dili lüğəti təqdim edilib. 

Görüş zamanı nitq və eşitmə məhdudiyyətli şagirdlərlə yanaşı, onların məktəb yoldaşlarının da jestdili.az lüğətindən faydalanaraq bir-biri ilə daha rahat ünsiyyət qurmaları üçün saytın ümumi istifadəsi və rahat axtarış sistemi barədə ətraflı məlumat verilib. Müzakirə formatında keçən görüşdə məktəblilərin sualları cavablandırılıb. 

Ölkənin ilk elektron jest dili lüğəti nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir. Daim təkmilləşdirilən elektron lüğət hazırda 4000-dən çox sözün və gündəlik həyatda ən çox istifadə edilən 500-dən artıq cümlənin video izahını təqdim edir. Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək "Nar”ı ən yaxşı korporativ məsuliyyət kateqoriyasında birinci yerə layiq görüb.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və  son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.











www.anews.az
Facebook
Перейти
Похожие новости
Похожие новости
В Баку и на Абшероне порывы ветра достигли 27 м/с
Общество 18:52
В Баку и на Абшероне порывы ветра достигли 27 м/с
В Азербайджане из-за осадков и тумана ухудшится видимость на дорогах
Общество 15:45
В Азербайджане из-за осадков и тумана ухудшится видимость на дорогах
В Баку и регионах завтра пройдут дожди
Общество 12:30
В Баку и регионах завтра пройдут дожди
Азербайджан и Аргентина обсудили расширение сотрудничества между органами прокуратуры
Общество 17:01
Азербайджан и Аргентина обсудили расширение сотрудничества между органами прокуратуры
В Баку мужчина похитил из незапертого автомобиля 6 тысяч манатов и банковские карты
Общество 16:42
В Баку мужчина похитил из незапертого автомобиля 6 тысяч манатов и банковские карты
В Баку задержан подозреваемый в краже золотых украшений на 7 тысяч манатов
Общество 15:00
В Баку задержан подозреваемый в краже золотых украшений на 7 тысяч манатов
Завтра в Баку ожидаются осадки и сильный ветер
Общество 14:05
Завтра в Баку ожидаются осадки и сильный ветер
Предупреждение МЧС Азербайджана
Общество 13:24
Предупреждение МЧС Азербайджана
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Общество 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Anews ТВ

Наш официальный канал на Youtube

Подписаться

Последние новости

Еще новости