• $
  • €
  • ₽
  • ₺
  • £

Olimpiya stadionuna görə qaz kəmərlərinin yeri dəyişdirilir

Olimpiya stadionuna görə qaz kəmərlərinin yeri dəyişdirilir
28.04.2014 20:07
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Bakı şəhərində inşa olunan Olimpiya stadionunun tikintisi və Ziya Bünyadov prospektinin genişləndirilməsi ilə əlaqədar genişmiqyaslı işlər həyata keçirir.
ANN.Az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, prospektin genişləndirilməsi ilə əlaqədar olaraq, yolun mühafizə zonasında qalan mövcud qaz kəmərlərinin yeri dəyişdirilib, genişlənən hissənin altında qalmış xətlərinin yerinə 4110 metr uzunluğunda 315 mm-lik yeni polietilen borular çəkilib.
Stadionun tikinti ərazisinə düşən Əzizbəyov Qazpaylayıcı Stansiyasının (QPS) ləğv olunaraq əvəzinə yeni Qazpaylama Məntəqəsinin (QTM) tikintisi məqsədilə 790 metr uzunluğunda 530 mm-lik boru xətləri çəkilib. Həmçinin, uzunluğu 138 metr olan 720 mm-lik futlyar qoyulub, 3 ədəd bağlayıcı klapan, 3 ədəd qaztənzimləyici və 9 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb. Əzizbəyov QPS-nin ləğv olunması və Z.Bünyadov prospektində tunelin tikintisinə mane olan xətlərin yerinin dəyişdirilməsi ilə əlaqədar müvəqqəti olaraq ümumi uzunluğu 836 metr olan müxtəlif diametrli kəmərlər çəkilib.
Sabunçu dairəsində yeni yol qovşağının tikintisi ilə əlaqədar olaraq ümumi uzunluğu 395 metr olan müxtəlif diametrli qaz kəmərləri köçürülüb.
Bundan başqa, Gön-Dəri zavodunun ərazisindən keçməklə Z.Bünyadov prospekti ilə çəkilmiş 2 ədəd 315 mm-lik polietilen qaz 2 xəttinin Heydər Əliyev prospektinə qədər davam etdirilməsi üçün 1700 metr uzunluğunda qaz xəttinin çəkilməsi də nəzərdə tutulur.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - xəbərdarlıq
Baku 2015 16:37
Sabah güclü külək əsəcək - xəbərdarlıq
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Baku 2015 15:28
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Baku 2015 16:36
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Baku 2015 11:57
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Baku 2015 16:12
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Sabah yağış yağacaq - proqnoz
Baku 2015 12:27
Sabah yağış yağacaq - proqnoz
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 09:55
Bəzi yerlərə qar yağıb - faktiki hava
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Baku 2015 17:18
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol