• $
  • €
  • ₽
  • ₺
  • £

Xaçmaz və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Xaçmaz və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
20.11.2026 14:50

Xaçmaz və Siyəzən rayonlarında qanunsuz balıq ovlayan 5 nəfər saxlanılıb.

Xaçmaz rayonunun Şimali kəndi istiqamətində qanunsuz balıq ovlayan vətəndaş Pərviz Xankişiyev və Həsən İsayev KTN-nin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdiyi birgə tədbir zamanı saxlanılıb.

Nəzarət tədbiri zamanı 7 ədəd bölgə (Huso huso) balığı, 2 ədəd uzunburun (Acipenser stellatus) balığı və 20 ədəd rus nərəsi (Acipenser gueldenstaedtii) AŞA-8327 bort nömrəli mühərrikli taxta qayıqdan aşkar edilərək maddi sübut kimi götürülüb. Qanunsuz balıq ovlayan vətəndaşlara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülüb.

Eyni zamanda Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə Xəzər dənizindən (gölündən) qanunsuz balıq ovlayan vətəndaşlar Xəyal İbrahimov, Mahir Əkbərov və Şəhriyar Səmədov saxlanılıb.

Belə ki, asma mühərrikli BH-3006 nömrəli taxta qayığa baxış zamanı Şəhriyar Səmədov tərəfindən ovlanmış 6 Rus nərəsi aşkar edilib. Asma mühərrikli BH-3014 nömrəli taxta qayığa baxış zamanı isə Xəyal İbrahimov və Mahir Əkbərov tərəfindən ovlanmış 1 ədəd Rus nərəsi müəyyən edilib. Qanunsuz balıq ovlayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Nazirlik bir daha xatırladır ki, qanunsuz balıq ovu İnzibati Xətalar və Cinayət Məcəllələri ilə məsuliyyət yaradır və bu kimi hallara yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Baku 2015 10:36
Yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Sabah yağış yağacaq
Baku 2015 13:05
Sabah yağış yağacaq
Sabahın hava proqnozu açıqlanıb
Baku 2015 12:10
Sabahın hava proqnozu açıqlanıb
Sabah hava yağmursuz olacaq
Baku 2015 13:15
Sabah hava yağmursuz olacaq
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 10:02
Bəzi yerlərə qar yağıb - faktiki hava
Sabah güclü külək əsəcək - xəbərdarlıq
Baku 2015 16:37
Sabah güclü külək əsəcək - xəbərdarlıq
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Baku 2015 15:28
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Baku 2015 16:36
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol