İstehlakçılara qaytarılan vəsait 315 min manata çatıb

2026-cı ilin yanvar-oktyabr aylarında istehlakçı müraciətləri əsasında 314 997,5 manat vəsait geri qaytarılıb.
Bunu İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqov bildirib.
Onun sözlərinə görə, hesabat dövründə 2 399 istehlakçı müraciəti təmin edilib. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə 2 105 müraciət təmin olunub və istehlakçılara 307 792,1 manat qaytarılıb.
Tapdıqov bildirib ki, 2026-cı ilin 10 ayında əvvəlki ildən qalan 494 müraciət də daxil olmaqla 9 260 müraciət daxil olub. Onlardan 6 080-nin baxılması yekunlaşdırılıb, 2 312 müraciət aidiyyəti qurumlara göndərilib. Daha 868 müraciətin icrası növbəti aylarda davam etdiriləcək.
Hesabat dövründə istehlakçı hüquqlarının pozulması ilə bağlı 41 protokol tərtib olunub.

























