• $
  • €
  • ₽
  • ₺
  • £

Cavid Hüseynovun anası danışdı

Cavid Hüseynovun anası danışdı
19.08.2015 20:45
Cavid hər işində ailəsi ilə məsləhətləşirdi. Klubla bağlı işlərində belə qardaşı və mənimlə məsləhətləşərdi. Cavidin zərrə qədər də olsun günahı yoxdur.

Bu sözləri musavat.com-a açıqlamasında jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən "Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun anası Xalidə Hacıyeva deyib.

Oğlunun günahsız olduğunu deyən X.Hacıyeva mətbuatda ailələri və Cavid haqda yazılanların həqiqəti əks etdirmədiyini söyləyib.

X.Hacıyeva Cavid Hüseynovla Elşən İsmayılov arasında yaxın münasibətlərin olmadığını deyib:

"Elşəni 23 il ərzində 2 dəfə görmüşəm. Onlarla qohumuq, amma ailələr arasında çox gediş-gəliş olmayıb. Bibi-dayı oğludular, buna baxmayaraq aralarında yaş fərqi çoxdur. Həm də Cavid ailəlidir, görüşməyə vaxtı yox idi”.

X.Hacıyeva oğlunun E.İsmayılovun (Cavid Hüseynovun bibisi oğlu-red.) səhvinə görə cəzalandırılmasını istəmədiyini söyləyib: 

"Bunu oğlum olduğu üçün, onu müdafiə etməyə görə demirəm. Cavid bir qarışqanı incidəcək insan deyil. Onu tanıyan tanıyır”.

X.Hacıyeva hadisədən Rasim Əliyevin ölümündən sonra xəbər tutduğunu bildirib: 

"Xəbərimiz yox idi. Günəşli qəsəbəsində olan evimizə polis əməkdaşları gedib. Biz orada qalmırdıq. Qonşular bizə zəng etdi ki, bəs, sizi polis axtarır. Polislər Cavidi Qəbələyə gedəndə Şamaxı postunda saxlayıblar. Ordan da Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıblar. İzahat alıb buraxıblar”.

X.Hacıyeva deyib ki, Cavid Hüseynov evə qayıdandan sonra hadisə haqda ətraflı danışmaq istəyib: 

"Evə gələndə dedi ki, izahat verdi. Jurnalisti döyənlərlə üzləşdirildim. Elşəndən başqa heç biri məni tanımırdı. Elə bir halda idi ki, əlavə nəsə danışmaq istəmirdi. Cavidə səhər 8-də yenidən bölməyə gəlməsini demişdilər”.

Xatırladaq ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və onun 4 dostu tərəfindən döyülmüşdü. Rasim Əliyev avqustun 9-da xəstəxanada vəfat etmişdi. Jurnalistin ölümünə görə, Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döylməsində iştirak edən digər 4 nəfər də həbs edilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol