• $
  • €
  • ₽
  • ₺
  • £

Ümumrespublika Elm Festivalı keçiriləcək

Ümumrespublika Elm Festivalı keçiriləcək
29.05.2020 04:15
Ümumrespublika Elm Festivalının keçirilməsi haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

AMEA prezidenti, akademik Akif Əlizadə elmi biliklərin populyarlaş­dırıl­ma­sı, gənc nəsildə elmə marağın yaradılmasının son illər akademiyada həyata keçirilən isla­hatların mühüm istiqamətlərindən olduğunu bildirib. 2014-cü ildə keçirilən Bakı Elm Festivalının əhəmiyyətindən danışan A.Əlizadə yeni elmi texnologiya və innovasiyaların nümayiş etdirilməsi, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın artırılmasında bu kimi tədbirlərin vacibliyini söyləyib. Bildirilib ki, festivalın proqramında yer alan sərgi, mühazirələr və elmi müəssisələrə səyahətlər uğurla təşkil olunub, nümayiş etdirilmiş əyləncəli şoular ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Akademik qeyd edib ki, əldə olunmuş uğurlara baxmayaraq, elmin populyarlaşdırılması istiqamətində görülmüş işlərin daha da genişləndirilməsinə ehtiyac var.
Bununla əlaqədar olaraq, Rəyasət Heyəti 25 oktyabr-10 noyabr 2016-cı il tarixlərdə Ümumrespublika Elm Festivalının keçirilməsi haqqında qərar qəbul edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol