• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi: Peyvənd pulsuzdur

Səhiyyə Nazirliyi: Peyvənd pulsuzdur
29.05.2020 10:49
Hər il mart ayının 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən qeyd olunmağa başlanıb.

Bu günün məhz baharın başlanğıcı üçün seçilməsi də təsadüfü deyil. Belə ki, immun sisteminin funksiyasının zəifləməsi halları bu fəsildə daha qabarıq şəkildə özünü büruzə verir.

İmmunitet sözü latıncadan xilas olmaq kimi tərcümə olunur və mənaca immun sistemini, orqanizmi genetik yad ünsürlərdən qorumaq qabiliyyəti kimi qiymətləndirilir. İmmunitet anadangəlmə (qeyri-spesifik) və adaptiv (qazanılmış, spesifik) olmaqla, 2 yerə bölünür.

Məlum olduğu kimi, əhatəmizdə milyonlarla bakteriyalar, viruslar və allergenlər mövcuddur və biz onlarla daim təmasda olduğumuz halda, xəstələnmirik.

Buna səbəb məhz güclü immun sistemidir. İmmunitet hələ döl ananın bətnində olarkən formalaşmağa başlayır və uşaq müəyyən müddət bətn daxilində anadan cift vasitəsilə aldığı və doğulduqdan sonra ana südü ilə əldə etdiyi immun faktorlarla qorunur.

Bundan sonra hər hansı bir mikroorqanizmlə təmas immun sisteminin "yaddaşına” həkk olunur, gələcəkdə insanları həmin xəstəlikdən qoruyur və hər bir virusa, bakteriyaya özünəməxsus spesifik cavab verir.

Peyvənd sistemi də bu prinsip üzərində qurulub. Orqanizmi bir sıra ağır xəstəliklərdən (vərəm, poliomielit, difteriya, qızılca, göyöskürək və s.) qorumaq üçün uşaqlar dünyaya gəldiyi vaxtdan etibarən peyvənd olunurlar. Əgər peyvənd olmasaydı, dünyada bu xəstəliklərin qorxunc epidemiyaları tüğyan edərdi.

Bu gün Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı uşaqlar peyvənd olunurlar. Bu, inkişaf etmiş Avropa ölkələri ilə bir səviyyədədir və Azərbaycanda əhalinin peyvəndi dövlət hesabına tam pulsuz həyata keçirilir.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol