• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin işdən çıxardığı icra başçısı DANIŞDI

Prezidentin işdən çıxardığı icra başçısı DANIŞDI
04.03.2016 12:06
Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mahmud Quliyev danışıb.

Aznews.az-a açıqlama verən sabiq başçı prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:"Prezident etimad göstərdi, vəzifəyə qoydu. 16 il işləmişəm, prezidentə minnətdaram. İndi də işimdə nöqsanlar olduğu üçün prezident vəzifədən çıxarılmağımla bağlı qərar verib. Çox düzgün qərardır. Mən özüm də çıxmaq istəyirdim. Onun bu qərarından razıyam”.

M.Quliyev işdən çıxarıldıqdan sonra Prezident Administrasiyasından verilən açıqlamaya da münasibət bildirib:"Nə deyiblərsə düzdür. Yəqin etimadı itirmişəm, nəsə iradlar var”.

M.Quliyev "bundan sonra nə işlə məşğul olacaqsınız” sualına isə belə cavab verib: "Mən pensioner adamam. Gedib ailə quracağam”.

Qeyd edək ki, Mahmud Quliyevin 63 yaşı var və ailəlidir.

Xatırladaq ki, Mahmud Quliyev bir müddət əvvəl vətəndaşları təhqir etməsi və söyməsilə gündəmə gəlmişdi. Dünən isə Prezident İlham Əliyev Mahmud Quliyevin və Laçın rayon İcra Hakmiyyətini başçısı Akif Səlimovun işdən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Daha sonra isə Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev onların işdən azad olunması ilə bağlı verilən qərarı şərh edib:

"Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar.

Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər”.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol