• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobillərdə jalüzlərdən istifadə müddəti başladı

Avtomobillərdə jalüzlərdən istifadə müddəti başladı
29.05.2020 10:15
Bu gündən başlayaraq avtomobillərin arxa sağ və sol şüşələrinə jalüz, eləcə də el arasında "ştorka” kimi tanınan pərdə və jalüzlərdən istifadəyə icazə verilib. ANS PRESS-in məlumatına görə, nəqliyyat vasitələrinə yalnız standartların tələbinə uyğun olan və sənaye üsulu ilə hazırlanan vasitələrin istifadəsinə icazə verilir. Lakin sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkmək olmaz. Bu şüşələrin plyonka ilə tündləşdirilməsi də nəzərdə tutulmur.

Standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edən sürcülər 150 manat məbləğində cərimə olunacaqlar.

Bəzi sürücülər isə sənaye üsulu ilə hazırlanan jalüz və "ştorka”larla kustar üsulla hazırlanan pərdə və "plyonka”ları səhv salırlar və nəticədə də onlarla yol polisi əməkdaşları arasında narazalıq yaranır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov plyonkalarla jalüzlərin səhv salındığını deyib və xəbərdarlıq edib: "Bir daha bildirirəm ki, avtomobilə görünüşü məhdudlaşdıran, rəngli və tünd şüşələrdən, həmçinin buqələmun (hava şəraitinə əsasən rəngi dəyişən) şüşələrdən istifadə etmək inzibati məsuliyyət yaradır". 

Bu icazə noyabr ayının 15-nə qədər davam edəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol