• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağsu aşırımı” təmirə bağlandı

“Ağsu aşırımı” təmirə bağlandı
29.05.2020 04:16
Mayın 23-dən səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun "Ağsu aşırımı”nda aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. APA-nın yerli bürosunun xəbərinə görə, avtomobillərin rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsinin, yəni "Ağsu aşırımı”nın təmiri işlərinə start verilib.
 

"Azəravtoyol” ASC-nin baş mühəndisi Eyyub Məcidov APA-ya bildirib ki, təmir işləri zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Bunun əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi işləri də aparılır. Təmir işləri səbəbi ilə qısa müddət ərzində 14 kilometr uzunluğu olan "Ağsu dolayları” ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

"Ağsu aşırımı”nda nəqliyyatın hərəkətində məhdudlaşdırmanın tətbiqi müddəti ərzində sürücülərdən alternativ olaraq Şamax-Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax avtomobil yollarından istifadə etməkləri tövsiyyə olunur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol