• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "Brand Training" təlimi keçirildi - FOTOLAR

Bakıda "Brand Training" təlimi keçirildi - FOTOLAR
29.05.2020 07:07
İyun ayının 19-da Azərbaycan Dillər Universitetinin böyük akt zalında Plus Group tərəfindən respublikanın PR və Marketinq sahəsində ixtisaslaşmış təlimçiləri "Brand Training" təlimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Plus Group şirkətinin nümayəndəsi Daşqın Abdullayev hər kəsi salamladı və Plus Group şirkəti haqqında məlumat verdi. Sonra söz sözügedən şirkətin rəhbəri Mikayıl Mirzəzadəyə verildi. Mikayıl bəy şirkət haqqında ətraflı məlumat verərək hazırda gündəmdə aktual sahələr olan PR və Marketing sahələrini əhatə edəcək təlimə gələnlərə təşəkkür etdi.

Daha sonra digər şirkət rəhbərləri Emin Quliyev öz şirkətləri və mövzu haqqında dəyərli fikirlərini tədbir iştirakçıları ilə paylaşdılar.

Tədbirin təlim hissəsini 189 Taxi, From.ae və Camex.az şirkətlərinin marketinq rəhbəri Samir Kərimov açdı. Samir bəy öz təcrübəsi dairəsində brend, brendinq məfhumlarını izah edərək, brend şirkətlərdən biri olan 189 Taxi xidməti, bu şirkətin yaranması və fəaliyyəti haqqında ətraflı danışaraq marketinq sahəsində qazandığı uğurlarından danışdı.

Təlimin ikinci hissəsini ölkənin ən aktiv PR mütəxəssislərindən biri olan, həmçinin PR akademiya şirkətinin rəhbəri Nuranə Ağazadə idarə etdi və maraqlı üsullarla reklam işini necə həyata keçirməyin yollarından danışdı. PR menecment sözünün izahını beynəlxalq müstəvidə qeyd edən təlimçi Azərbaycanda brend şirkətlərin asan yollarla deyil, çətin reklam işinə girişdiklərini, buna görə də yaxşı reklam olunmadıqlarını təlim iştiraşçılarının nəzərinə çatdırdı. Sonda təlimçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar

Təlimdə informasiya dəstəkçisi kimi Ann.az portalı , həmçinin bir sıra internet portalları da iştirak edirdi. 
 














www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol