• $
  • €
  • ₽
  • ₺
  • £

"Yol terroru" - təhlükələr haradan qaynaqlanır?

"Yol terroru" - təhlükələr haradan qaynaqlanır?
29.05.2020 07:46
Yol qəzası günümüzün ən aktual problemlərindəndir. Günahsız insanlar hər gün qurbanı olduğu üçün ona "Yol terroru" da deyirlər.

Yol qəzaları ilə bağlı statistik məlumatlar artıq gündəmin daimi xəbərləri sırasında öncüllərdən sayılır desək, yanılmarıq.

Yol qəzalarında hər gün insan ölümləri baş verir. Aktuallığını saxlayan problemin qarşısının alınması üçün hansı mübarizə üsulları seçilməlidir? Hansı daha effektiv metodlarla tədbirlər görülməlidir ki, yol qəzalarının qarşısının alınması tam mümkün olmasa da, bu hadisələrin kəmiyyətinin azalmasına yardımçı olsun?

Ekspert Ərşad Hüseynov məsələ ilə bağlı Trend-ə deyib ki, bu problemə qarşı mübarizə aparmaq üçün bir neçə istiqamətdə tədbirlər görülməlidir: "Yol qəzalarının baş verməsində müxtəlif səbəblər var. Bu məsələdə əsasən yol hərəkəti, onun təşkili, sürücü hazırlığı, hərəkət iştirakçılarının hazırlıq səviyyəsini qeyd etməliyik. Bu problemlər yol qəzalarının baş verməsində əsas səbəblərdəndir. Yol qəzaları ilə bağlı effektiv metodlarla mübarizə aparılmalıdırsa, bu amillər nəzərə alınmalıdır. Amma insan amili də unudulmamalıdır. Yol hərəkəti iştirakçılarımız hazırlıq, təhlükəsizlik baxımından çox zəifdirlər. İstər piyada, istərsə də sürücü qismində. Bəziləri elə zənn edir ki, yol hərəkəti qaydaları cərimə yazmaq üçün tətbiq olunub. Bu qaydalar əslində, sağlam və normal yaşamaq, təhlükəsizlik üçündür. Əksər sürücülər bunu dərk etmir və ona görə də qəzalar baş verir. Sürücü və ya piyadalar yol hərəkəti qaydalarını pozurlar. Bu isə ağır nəticələrə səbəb olur".

Ə.Hüseynov hesab edir ki, yol qəzalarının baş verməsi səbəblərindən biri də yol infrastrukturundakı problemlərdir: "Eyni zamanda, yol hərəkətinin təşkilində texniki vasitələrdə də problemlər çoxdur. Bu problemlər də yol qəzalarına gətirib çıxarır".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol