• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Emalı Zavodunda yeni layihə həyata keçirilir

Neft Emalı Zavodunda yeni layihə həyata keçirilir
12.09.2017 19:00
Yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb.

Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa olunan yeni susoyutma qurğusunun istismara verilməsindən sonra buradan "Ekol” Mühəndislik Xidmətləri QSC-nin mexaniki təmizləmə sahəsinə daxil olan çirkab sənaye sularının miqdarı kəskin azalıb.

"Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, sənaye sularında olan neft məhsullarının ayrılma prosesini daha da təkmilləşdirmək məqsədi ilə Zavod tərəfindən təklif edilmiş yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. Layihənin əsas məqsədi mexaniki təmizləmə sahəsinə müxtəlif istiqamətlərdən daxil olan bütün suları bir yerə yönləndirmək və kimyəvi reagentlər vasitəsilə sənaye sularını neft məhsullarından 3 mərhələdə təmizləməkdir. Bunun üçün istismarda olan mexaniki təmizləmə sahəsinin tutum və avadanlıqlarından istifadə etməklə yanaşı, reagentlərin saxlanılması və verilməsi üçün 3 ədəd çən, 1 ədəd qarışdırıcı, 2 ədəd su nasosu, hər bir reagentin verilməsi üçün dozalaşdırıcı nasoslar quraşdırılacaq.

Quraşdırma işləri "Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol