• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə: Parkomatların yeri dəyişdirilir – VİDEO

Sürücülərin nəzərinə: Parkomatların yeri dəyişdirilir – VİDEO
29.05.2020 04:58
Parkomatlar yollardakı sıxlığı aradan qaldırmaq üçün nəzərdə tutulub. Hazırda paytaxt ərazisinə düşən 70-dən artıq küçə və propektlərdə 300-dən artıq parkomatlar quraşdırılıb. Bunu yalnız alqışlamaq olar, əmması isə odur ki, bu parkomatlar düzgün yerlərdə quraşdırılmır.

Anews.az "ARB TV"-yə istinadən xəbər verir ki, ekspert Elməddin Muradlının sözlərinə görə, bəzi parkomatlar sürücüləri çaşdırır: "Bəzi yerlər var ki, yol polisi orada parklanmanı qadağan edir. Amma Bakı Şəhər İcra Hakimiyyəti gətirib ora parkomat qoyur və sürücülər bundan narazı qalır. Çünki sürücü dayanma-durma nişanına yox, parkinq nişanına baxır və gedib ödənişi edib, avtomobilini saxlayır”.

Parkomatlar əhalinin sıx yaşadığı və iaşə məkanlarına yaxın yerlərdə müəyyən şərtlərlə quraşdırılmalıdır.

Mütəxəssislər deyir ki, BŞİH parkomatları quraşdırarkən mütləq DYP ilə məsləhətləşməlidir. Yararsız ərazilərdə parkomatların quraşdırılmaması üçün həm də bu işlə məşğul olanların maariflənməsi gərəkdir.

DYP-nin rəsmisi Vaqif Əsədov söhbətində bu sahədə çatışmazlıqların olduğunu etiraf etdi və problemi aradan qaldırmaq üçün çalışdıqlarını bildirdi: "Bəzi ərazilərdə parkomatların sürüşdürülməsi, yerinin dəyişdirilməsi istiqamətində tez-tez əməkdaşlarımız tərəfindən baxış keçirilir. Nöqsanlar olduqda aradan qaldırılması üçün vəsatətlər qaldırılır”.

Qeyd edək ki, ötən ilin sonunda prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti parklama üçün münasib yerlərin siyahısını hazırlamalı və təhvil verməlidir.

Ekspert Ərşad Hüseynov bu siyahı hazırlandıqdan sonra parkomatların düzgün yerlərdə quraşdırılacağına əmindir: "Nişan qoyulmalıdır. Bunlar həll edilməmiş, bu cür söhbətlərin olacağı qaçılmazdır”.

Yeni qəbul edilmiş qanunlara görə, parklama ərazilərində avtomobillərin səkiyə paralel, perpendikulyar və digər istiqamətlərdə dayanması üçün xüsusi nişanlar yerləşdirilib. Sürücülər diqqətli olmalıdır. Əks halda parkinq pulunu ödəmək belə onları cəzadan xilas etməyəcək.

Ekspertlərin digər narazılığı parkinq ödənişləri ilə bağlıdır.

Həmçinin dünyanın bəzi şəhərlərində bayram günlərində və gecə saatlarında müəyyən parkinq əraziləri ödənişsiz olaraq vətəndaşların xidmətinə verilir. İnanırıq ki, vəziyyət düzələcək və parkomatlarımız yollarda tıxac yaratmaq əvəzinə, boşluqlar yaradacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol